Çarşamba , 17 Nisan 2019
Roza’nın şiiri büyük beğeni topluyor

Roza’nın şiiri büyük beğeni topluyor

Yazar Hamit İzol’un ”Roza” adlı romanından çok etkilenen Şair Fethi Akın “Bir Kitap Okudum Adı Roza” adlı şiiri, Azerbaycan’dan büyük ilgi gördü.

SELDA YELİZ KÖŞ

Azerbaycan’lı Ayb Sumgayıt Bölmesi Başkanı Gülnare Cemaleddin, şair Fethi Akın’a gönderdiği yazıda, şiirin kendisini ne kadar çok etkilediğini anlattı. 

Cemaleddin, “Dostumuz,qardaşimiz,dəyərli şairimiz Fethi bəyin  “Adi roza” şeiri diqqətimi çəkdi.Azərbaycan dilinə uyğunlayib səhifədə yerləşdirdim.Fəthi bəylə söhbətdən məlum oldu ki, o da dostu gözəl yazar Hamit İzolun eyni adli romanindan təsirlənərək yazib bu şeiri.Zaman – zaman cəhalətin, adət- ənənələrin kor – koranə qurbanina çevrilmiş şərq qadinin aci taleyindən bəhs edən bu romanı oxumaq mənə də nəsib oldu.327- səhifəlik bu romani birnəfəsə oxudum.Uşaq yaşlarindan pambiq tarlalarinda çalişan Rozanın acınacaqlı taleyi ilə üz- üzə dayandim.Amma çəkdiyi əzab – əziyyətlərə baxmayaraq insanlıq,sevgi,sədaqət bu yeniyetmə qızın amalına çevrilir.Bacı kimi sevdiyi həmyaşıdı Lalə ağır xəstəliyə tutulur.Donor tapılmasa onun taleyi sual altında qalır.Dostunun yaşaması üşün ölümü belə gözə alan Roza sevgidən məhrum olmuş dünyaya sanki bir mesaj buraxır .Sevgi ölümə də qalib gəlir mesajını.Qan qrupunu öyrənən Roza dostuna donor ola biləcəyini öyrəndikdə yerə – göyə sığmır.Laləni xilas etmək üçün hətta yalan danışaraq özünü həkimə onun əqrabası kimi təqdim edir və onu ölümün pəncəsindən qurtarır.Əsəri oxuyarkən mən o yaşda -Rozanin yerində olsaydin nə edərdim deyə bir sual çixdi qarşima.Böyük bacısı Gezal sevdiyi adama qoşulub qaçdığı üçün bütün qohum- əqraba onlardan üz çevirir.Nəhayətdə,içki düşkünü olan  adam onu ortalıqda buraxır. Qız ona geri- ailəsinə  dönsün deyə:- gəlməsən, mən kazinoda çalışıb müğənnilik edəcyəm-, deyir.Adam Gezalın əmisi oğlu Osmana zəng edərək onu əxlaqsızlıqda günalandırır.Hökm verilir.Gezal ölməlidir.Roza bacısının günahsız olduğunu sübut etməyə çalışır. Bacısını qurtarmaq üçün  kimin üstünə qaçırsa hamı susur. Hətta dogma ata, anası  belə qızlarının ölüm fərmanını sükutla qarşılayır.Bacısının gözlərinin qarşısında əmisi tərəfindən amansızlıqla öldürülməsi onun kiçik ürəyini kinlə,niftətlə doldurur.Nəhayətdə,günasız,məsum bacısının ölümündən sarsılan Roza ata – anasının yalvarışlarına məhəl qoymayaraq məhkəmədə hər şeyi olduğu kimi danışır.Amerikada yaşayan ciftlik  sahibi türk Hakan bəy Rozanı övladlığa götürərək ona maddi və mənəvi dəstək olur.Təhsil almasına köməklik edir.Onu qaranlıq dünyadan qurtararaq gözünü açır.Roza vəkil olaraq geri dönür və işinə vicdanla yanaşaraq,adət – ənənələrin qorxunc qurbanına çevrilən məsum və günahsız insanları ölümün  vəhşi pəncəsindən qurtaracağına söz verir.

P.S. “Roza” adlı bu roman mənə Hamit bəyin imzası ilə təqdim edilmişdir.”